Ey Tuba, baxışın yıxdı alәmi
Görünüş
Ey Tuba, baxışın yıxdı alәmi Müəllif: Kazım ağa Salik |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Ey Tuba, baxışın yıxdı alәmi,
Xumar gözün yenә qiyamәt eylәr,
Kәbeyi-kuyini görәn kimsәnә
Haşa ki, qiblәyә ziyarәt eylәr.
Qırqı başlı, topğun, tәrlan cilvәli,
Görmәmişәm sәn tәk nazü qәmzәli,
Sәrasәr yaxası qızıl düymәli,
Baxdıqca üzünә fәxarәt eylәr.
Zahid baxsa zülfi-pәrişanına,
Tәrk edәr mәscidi, gәlәr yanına,
Sidqi-dildәn canın qatar canına,
Huriyü qılmana mәlamәt eylәr.
Hәr kimsә ki, sәnә baxarsa gendәn,
Bil ki, öyrәnibdir o halı mәndәn,
Özgә tәvәqqeyim yox әsla sәndәn,
Xәstә Salik sәnә zarafәt eylәr.