Məzmuna keç

Ey Xaqani, başına kül, öz qanına qərq ol, ağla

Vikimənbə saytından
Ey Xaqani, başına kül, öz qanına qərq ol, ağla
Müəllif: Xaqani Şirvani
Tərcümə edən: Maarif Soltan
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004.

Ey Xaqani, başına kül, öz qanına qərq ol, ağla,
Səni torpaq üzərindən qaldıran mərd torpaq oldu.
Sən əminlə tanınmısan, atan vəfat edən kimi,
Əmin səni aralığa çıxardaraq dayaq oldu.