Ey ağzı qönçə, çöhrəsi gül, xətləri səmən
Görünüş
Ey ağzı qönçə, çöhrəsi gül, xətləri səmən Müəllif: Həbibi |
Mənbə: Həbibi. "Şeirlər" (PDF) (az.). "Şərq-Qərb". 2006. 2017-04-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-16. |
Ey ağzı qönçə, çöhrəsi gül, xətləri səmən,
Zülfi bənəfşə, hüsni çəmən, boyu yasəmən.
Sahib cəmalü əhli-kəmal, şəkkərin məqal,
Yusif sifətli, İsa nəfəs, vəchidə Həsən.
Ey könlü səngü adəti cəng, xuyi həm pələng,
Haz eyləyən, kirişmə qılan, aşiq öldürən.
Yox-yox, xəta dedim, qələt etdim, koc anladım,
İşi vəfa və könlü səfa, aşiqin sevən.
Az eylə, ey Həbibi, şikayət ze cövri-dust,
Dərdi-bəladən inciməsin aşiqəm deyən.