Ey bəni eyibleyen, gəl bəni eşqdən qurtar
Görünüş
Ey bəni eyibleyen, gəl bəni eşqdən qurtar Müəllif: Yunus Əmrə |
Mənbə: Yunus Əmrə, Əsərləri. Bakı: Öndər, 2004. (Tərtib edəni: Cəlal Bəydilli (Məmmədov)) |
Ey bəni eyibleyen, gəl bəni eşqdən qurtar,
Əlündən gəlməz isə söyləmə fasid xəbər.
Hiç kimsənə kəndüdən haldan-hala gəlmədi,
Cümləmüzün halini me’şuq edər müqənər.
Aşİqlerün her hali me’şuq qatında bitər,
Sözün var ana söylə, benüm arada nə’m var?
Her kim eşq qədəhindən İçdiyısə bir cür’ə,
Ana nə yad, ne biliş, ana n’əsrük, nə xümar?!
Dost yüzindən niqabı hər kim gedərdİyİsə,
Hicab qalmadı ana ayruq nə xeyrü ne şər.
Şəriət ədəbindən qorqaram soyləməge,
Yoğ isə aydayıdum dəxi ayruqsı xeber.
Dost qılıcından Yunus ölür isə ğem dəgül,
Dost gögindən oyanan mə’şuq bürcınden toğar.