Məzmuna keç

Ey bəxt, nədir səndə bu əhval, bu halət

Vikimənbə saytından
Ey bəxt, nədir səndə bu əhval, bu halət
Müəllif: Abbasqulu ağa Bakıxanov


Ey bəxt, nədir səndə bu əhval, bu halət,
Yoxdur sənə dünyada neçin azca fərağət?!

Gah Qaf dağına çıxmadayam, gahi cahanda,
Avarə dolannam da vilayət bə vilayət.

Gah Qıpçağa, gah Rumə, gah İranə gedib mən,
Gah da edərəm Rus, Lehistanə əzimət.

Mən bixəbər oldum bu cahandan, o da məndən,
Bir itmişə bundan da gözəl varmı əlamət?

Qürbətdə bu bəsdir ki, tapılmaz elə insan,
Yaxşı, pisimi eyləyə təhsinü məlamət.

Bir xeyr yoxmudur ki, nə qürbət nə vətəndən,
Bihudə olur ömri-giranmayə də ğarət.

Bundan belə bir künci-xərabata düşərdim,
Qurtarsam əgər, Qüdsi, bu dəm canı səlamət.