Məzmuna keç

Ey benüm qutsuz nəfsüm, qanda varasm bir gün

Vikimənbə saytından
Ey benüm qutsuz nəfsüm, qanda varasm bir gün
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25.

Ey benüm qutsuz nəfsüm, qanda varasm bir gün,
Əcəl avlayub yudar, əle girəsin bir gün.

Gəlüb gögsünə qona, dutuşub canun yana,
Bir qədəh şərbət suna, içüb qanasın bir gün.

Görmegə gələnləri, xatirim soranları,
Sevgüli yarənləri görməz olasın bir gün.

Yarənlərün gələlər, səni tə’cilləyələr,
Soyalar tonlarunı, üryan olasın bir gün.

Tap timar eylə tənə, yaraq eylə bu cana,
Şol yilana, çıyana nəsib olasın bir gün.

Münkirü Nekir gələ, hallərün düşvar ola,
Dilüncə sual sora, cəvab verəsün bir gün.

Yunus Əmrəm, nedəsin, qaçub qanda gedəsin?
Ərənlər söhbətinə gəlməz olasın bir gün.