Ey camalın ərşi-rəhman qabiə-qövseyn qaşınız
Görünüş
Ey camalım ərşi-rəhman qabiə-qövseyn qaşınız Müəllif: İmadəddin Nəsimi |
Ey camalın ərşi-rəhman qabiə-qövseyn qaşınız,
Nəqşi-ma-əvha yazıbdır hüsnünə nəqqaşınız.
Əhsəni-surətdə, yarəb, sən nə ziba çöhrəsən,
Hurilər oldu qulun, xublar qamu fərraşınız.
Ey üzü cənnət, xəti reyhan, dodağı səlsəbil,
Laməkan bədrü hilalidir üzünlə qaşınız.
Ta ki zülfü qaşlarından gözləri çəkdi çəri,
Oldu kövn ilə məkanın varlığı taraşınız.
Surətindən, ey sənəm, ta görmüşəm həqqi əyan,
Səcdə qıldı üzünə bu aşiqi-qəllaşınız.
Bəhri-zatın gövhərisən, layəzalın surəti,
Laməkan sirrinə xoşdur uşbu gün sirdaşınız.
Üzünü gördü Nəsimi, ey gözüm nuri həbib,
Asitanındır səririm, yastığımdır daşınız.