Ey dil, gəl uyma bəsdi, məcazi məhəbbətə
Görünüş
Ey dil, gəl uyma, bəsdi, məcazi məhəbbətə Müəllif: Fatma xanım Kəminə |
Mənbə: Fatma xanım Kəminənin şeirləri — azadliq.org saytı. Yayımlanıb: 11.03.2013. |
Ey dil, gəl uyma bəsdi, məcazi məhəbbətə,
Aldanma ol hüsndə olduqca ülfətə.
Həmraz olma dəhldə naəhl mərdümə,
Düşmə dəxi bəlavü qəmü-dərdi möhnətə.
Ey çərxi-kəcmədari gördüm sərnigün ola
Saldı fəqiri mükərrər məşəqqətə.
Zülməti-hicrdə qalıbam zarü xəcdətil,
Göz tikmişəm, ilahi, genə ruzi-vəslətə.