Ey dil, rəva deyil ki mən əğyarə yalvarım
Görünüş
Ey dil, rəva deyil ki mən əğyarə yalvarım Müəllif: Fatma xanım Kəminə |
Mənbə: Fatma xanım Kəminənin şeirləri — azadliq.org saytı. Yayımlanıb: 11.03.2013. |
Ey dil, rəva deyil ki mən əğyarə yalvarım,
Sən rəhnümalıq eylə, gedim yarə yalvarım.
Murü mələx və möminü asi və müstəhəq,
Lütfi-xudayi-qadirü ğəffarə yalvarım.
Rumü firəngü özbəgü hində nə ehtiyac
Qeyrəz xuda, gedim necə tatarə yalvarım?!
Mənsur tək çəkibdi məni darə zülfi-yar,
Yad eyləyim ənəlhəqini, darə yalvarım.
Bülbülsifət nəvayə gətirdin Kəminəni,
Sevdayi-gül başımda, necə xarə yalvarım?