Məzmuna keç

Ey fələk

Vikimənbə saytından
Ey fələk
Müəllif: Şair Əbülfət
Mənbə: "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01.

Bu dərd məni tez öldürər,
Çoxdu azarım, ey fələk!
Kəsilibdi tabü təvan,
Səbrü qərarım, ey fələk!

Çalışdım, itdi əməyim,
Qəbula keçmir diləyim,
Yuxladı arxam, köməyim,
Yandı ciyərim, ey fələk!

Mənim adım Əbülfətdi,
Dərdim dillərdə söhbətdi,
Sözüm dürdü, zəbərtəcdi,
Yoxdu xirdarım, ey fələk!