Məzmuna keç

Ey gözəl

Vikimənbə saytından
Ey gözəl
Müəllif: Molla Cümə
Mənbə: Paşa Əfəndiyev. "Molla Cümə (həyatı və yaradıcılığı)" (PDF) (az.). "Ləman nəşriyyat poliqrafiya". 2017. İstifadə tarixi: 2018-08-31.

Ey gözəl, surətinə,
Mehri dürəxşan demişəm.
O güli rüxsarına,
Mah ilə taban demişəm.
İnci tək dişlərinə,
Ləli bədəxşan demişəm.
Qaşların əyməsinə,
Naleyi-müjgan demişəm.
Zülfünün hər telinə,
Sünbülü reyhan demişəm...