Məzmuna keç

Ey gözəl Mehriban Ana

Vikimənbə saytından
Ey gözəl Mehriban Ana! (1994)
Müəllif: RAUF CAVAD

Ey gözəl Mehriban Ana!
Canı Bağışlayan Ana!

Əvvəlcə yaradıb Xuda,
Sonra verib canı, yoxa!
Gəlib insan cana-ruha,
Məlhəmdir Ana, ruh-cana!
Dərdlərə dərman, can Ana!

Nə qədər yazılıb kitab,
Verilib Anaya xitab!
Ata sual, Ana cavab,
Al nidanı, qazan savab!
Hər dərd-qəmə yanan Ana!

Oxuyur kim ədəbiyyat,
Görür Ana, mənəviyyat!
Oyanır iman-hissiyyat!
Vicdan qurur əməliyyat!
Ədalət qanun, şan Ana!

Ümid, Ana yoldur xilas!
Sevgi qurar könüldə yas!
Gəl ey yar, sevinsin İlyas!
Nə olar. mənə qulaq as!
Rauf sənə Heyran, Ana!