Ey könül, aldanma dünya bivəfa hökmündədir

Vikimənbə saytından
Ey könül, aldanma dünya bivəfa hökmündədir
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 27

Ey könül, aldanma dünya bivəfa hökmündədir,
İbtidasından xərab olmuş fəna hökmündədir.

Hansı aşiq ki, şəhidi-tiri-qəmzəndir sənin,
Eşqin hökmüylə şəhidi-Kərbəla hökmündədir.

Qalxa bir insan əgər hökmi-Əlinin ziddinə,
Nütfəsi napakdır, hökmən gəda hökmündədir.

Sübh üzündən çəkdi zülfün mahım, etdi gün tülu,
Gözlərim açdım, namaz gördüm qəza hökmündədir.

Ol güli-Zəhra Həsən səbri, Hüseyn əzmindədir,
Müstəfa xülqündədir, həm Mürtəza hökmündədir.

İtrəti-Xətm-Rəsulun həqqin inkar eyləyən,
Ən rəzil varlıqdır, itdən bihəya hökmündədir.