Ey könül, hǝr mǝnisiz cahili yar etmǝk nǝdir?

Vikimənbə saytından
Ey könül, hər mənisiz cahili yar etmək nədir?
Müəllif: Şah İsmayıl Xətai



Ey könül, hǝr mǝnisiz cahili yar etmǝk nǝdir?
Mǝnisiz cahil sözünǝ etibar etmǝk nǝdir?

Çün onun qövli xǝtadır, hǝm qǝrarı bivǝfa,
Ey könül, naǝhl ilǝ qövlü qǝrar etmǝk nǝdir?

Əhli-hǝqqǝ can fǝda qıl, cǝhl ilǝ olma rǝfiq,
Çün ǝnadil var ikǝn zaği şikar etmǝk nǝdir?

Xanda kim, hǝr ǝhli-ürfan görsǝn olgil xaki-pa,
Ey könül, naǝhl olub andan kǝnar etmǝk nǝdir?

Bir neçǝ gün yar olub, bir kimsǝnin halın duyub,
Sonra anın gizli sirrin aşikar etmǝk nǝdir?

Hǝr kim öz eybi ilǝ sübhaninǝ dutmuş yüzün,
Kimsǝnin eybin açıban şǝrmǝsar etmǝk nǝdir?

Ey Xǝtai, qıl fǝda canın vǝfalı yar üçün,
Hǝr vǝfasız, bivǝfa kimsǝni yar etmǝk nǝdir?

Ey sǝnin yüzinǝ baxdıq, qutlu oldu mahimiz,
Nǝ ǝcǝb surǝt yaratdı sünilǝ allahimiz.

Çün irişdim yüzinǝ, buldum siratǝlmüstǝqim,
Abi-heyvanǝ irişdi, vardığınca rahimiz.

Dün sağınur kim ki, görsǝ zülfinin şǝbrǝngini,
Kim qarayǝ boyayıbdır anu dudi-ahimiz.

Xızri-cavidan ǝlindǝn içmişüz abi-hǝyat,
İsayi-Mǝryǝm qatında qurmuşuz xǝrgahimiz.

Kǝbǝyi-vǝslinǝ verdim canımı qurban, dedim,
Hacı oldum, qan tökǝrǝm, xanı qurbangahimiz?

Qaşların taqini gördüm, qiblǝgahım eylǝdim,
Çün ǝyağın torpağında oldu mǝnzilgahimiz.

Bu Xǝtai, Kǝbǝyi-eşqinǝ ehram bağladı,
Ol saatda ǝrşǝ çıxdı zikri illǝllahimiz.