Məzmuna keç

Ey könlümün Sahibi Zamanı

Vikimənbə saytından
Ey könlümün Sahibi Zamanı! (1998)
Müəllif: RAUF CAVAD

Ey könlümün Sahibi Zamanı!
Gəl, həyatımın ən gözəl anı!

Ya Rəb ayrı salma nəfsi eşqdən,
Qıl xəstə könlü həmsöhbət canı.

Yox sevən məni səndən savayı,
Eşqdir coşduran damarda qanı.

Mən eyləmişəm küfr sonra iman,
Yar, Sən qəlbin Sahibi Sultanı!

Bu dərd ilə gör dəlini Aşiq,
Olub divanə, Leyla nişanı.

Tərk edib gül, Gülüstan vətəni,
Kafir bilib küfr əhli imanı!

Çıxıb nəfs səhrayə tək əvarə,
Qalıb biçarə, kim var düyanı!?

O səbəbdəndir ki, bu gün, o gün,
Qanmır kimsə eşqi, Dərdbəlanı!

Gəlki nə qədər ağlasa da söz,
Gücü çatmaz doldura dəryanı!

Gözlər istər yağdırsın yağışı,
Əfv etməz göz yaşı da insanı!

Vur sinə eşqlə, oyansın Arzun!
Qoysun viranə, eşqin dünyanı!

Rauf, tüğyan edir hər gün dünyam,
Ağrayır bədəndə can limanı!