Məzmuna keç

Ey ki, sǝrxoşdur du çeşmin, lǝblǝrin peymanǝdir

Vikimənbə saytından
Ey ki, sərxoşdur du çeşmin, ləblərin peymanədir
Müəllif: Şah İsmayıl Xətai



Ey ki, sǝrxoşdur du çeşmin, lǝblǝrin peymanǝdir,
Ol sǝbǝbdǝn aşiqin daim yeri meyxanǝdir.

Necǝ ğǝvvas olmayım, yaşımda kim, ol dilbǝrin,
Lǝblǝri lǝli-Bǝdǝxşan, dişlǝri dürdanǝdir.

Vermǝrǝm dünyavü üqba dövlǝtinǝ eşqini,
Dünyǝvü üqba mǝnǝ bir yanǝ, ol bir yanǝdir.

Sanma ey çeşmim, sǝnǝ biganǝdǝn ümmid ola,
Gör nǝlǝr qıldı könül, kim, hǝmdǝmü hǝmxanǝdir.

Bu Xǝtaini rǝha qılmaz saçın zǝnciridǝn,
Sanma kim, uslandı ol miskin, hǝnuz divanǝdir.