Məzmuna keç

Ey məh, nolu, bir bax mənə san, səni-tarı

Vikimənbə saytından
Ey məh, nolu, bir bax mənə san, səni-tarı
Müəllif: Məhəmməd Əmin Dilsuz
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Ey məh, nolu, bir bax mənə san, səni-tarı,
Salma nəzərindən məni-zan, səni tarı.

Əğyar ilə yar olmagilən, durma, oturma,
İncitmə məni-zan, fikarı, səni-tarı,

Gül arizinin aşiqiyəm, ey şəhi-xuban.
Həmdəm özünə eyləmə xarı, səni-tarı,

Gəl, saqi əlindən içəlim badeyi-gülnar,
Bihudə keçirtmə bu baharı, səni-tarı.

Bir fəslidi bu, hər kim içə badeyi-gülrəng,
Dildən götürər, zəngü qubarı, səni-tarı.

Pərvanəsifət başına har ləhzə dolanım,
Tərk etməgilən məskəni barı, səni-tarı.

Hər bisərü bipayilə, gəl, eyləmə ülfət,
Pamal eləmə qeyrətü an, səni-tarı.

Naz ilə keçib, bəndəyə xəsmanə baxanda,
Bir kəlmə danışdır məni-yarı, səni-tarı.

Gəl, görmə rəva aşiqi-Dilsuza ki, hərdəm,
Mənsursifət çəkdirə darı, səni-tarı.