Ey nəşi qalan yerdə, keçən başı eidayə
Ey nəşi qalan yerdə, keçən başı eidayə Müəllif: Ağadadaş Sürəyya |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Ey nəşi qalan yerdə, keçən başı eidayə,
Dur rəhm elə bu əlsiz-əyaqsız üsərayə.
Bir cismə bu qədri nə rəvadır dəyə peykan,
Fəvvarə kimi qan bədənində axa hər yan,
Ey təşnə ləbi-Kərbübəla bu təni üryan,
Aya necə tab etdi bu qayətdə yarayə.
Bir-bir edərəm cismi-şəhidanə nəzarə,
Görrəm sənicə dəyməyib heç bir kəsə yarə,
Ondan bilirəm həmdəmi-cansan məni-zarə,
Bais odu kəlləm başın üstündə nəvayə.
Kimdən soruşum harda düşüb şahi-şəhidan,
Baş ilə tanırlar bədəni, başına qurban,
Yetmiş iki tən hamısı başsız, hamı üryan,
Dindir bacını getməyə ta canı xətayə.
Başdan ayağa yarələnib cismi-zəifın,
Kim doğradı qardaş belə əndami-lətifin?
Başın hanı, bəs, kim bu əzayi-şərifin,
Ey başı düşən "qalu bəla"dən bu bəlayə.
Axır sənin istəkli bacındım məni-müstər,
Kim lütfinə bais na rəva, nazlı bəradər,
Dindir məni ey munisi-can, ey dili-xahər,
And verrəm, Hüseyncan, səni cani-şühədayə.
Səs gəldi o dəm Zeynəbə şahi-şühədadən,
Qurtarmayan ey Korbübəla içrə, bəladan,
Çox etmə, baci, ahu fəğan cövri-cəfadan,
Bundan sora səbr eylə qəmü cövri-cəfayə.
Hər mahi-mühərrəmdə gəl əfqanə Sürəyya,
Ahınla şərər vur belə dövranə Sürəyya,
Hüzzar ilə tut şahi-şəhidanə Sürəyya,
Bir təziyə kim, qabil ola sahibəzayə.