Məzmuna keç

Ey nafeyi-Çin saçın siyahı

Vikimənbə saytından
Ey nafeyi-Çin saçın siyahı
Müəllif: İmadəddin Nəsimi

Ey nafeyi-Çin saçın siyahı,
Hüsnün dəli qıldı mehrü mahı.

Şəqqülqəmər oldu istivadən,
Şərh eylə bu sirrini kəmahi.

Ey eşqə ədüvvü, hüsnə münkir,
Təzvir ilə çəkmə bunca ahı!

Gər ne’məti-cavidan dilərsən,
Heyvanlara qoy bu abü kahı.

Ey eşqə günah deyən günahkar,
Tərk eyləməzəm mən ol günahı.

Çün vəhdətə buldu yol müvəhhid,
Cərh oldu bu münkirin güvahı.

Məqsudunə bulmadı hidayət,
Hər kimsə ki, bilmədi bu rahı.

Mislivü nəziri yoxdur anın,
Vəsfində nə söyləyim, ilahi?!

Şol başə ki, taci-dövlət endi,
Neylər kəməri, nedər külahı?

Sultandır iki cahanda şol kim,
Fəzli-həq ola anın pənahı.

Məhv oldu Nəsimi eşq içində,
Dəryayi-mühitə düşdü mahi.

Sufi nə bilir rümuzi-rindan,
Çün çəkmədi bər səri-sürahi.