Ey olan xas şiəyi-Heydər
Ey olan xas şiəyi-Heydər Müəllif: Əliqulu Qəmküsar |
Satirik şeir Mənbə: Əliqulu Qəmküsar. Seçilmiş əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2006. ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19. |
Ey olan xas şiəyi-Heydər,
Ver qulaq, eyle bu sözü əzbər:
Faülatün, mefaülün, fəulün,
Deyirəm gör sənə nə yaxşı xəber:
Var idi bir Mərakeş adlı diyar,
Əreb idi cəmaəti yeksər,
Nə ərəb, cümləsi cəsur-qəyur,
Kani merdanegivü behri-hünər.
Hökm edardi o mülkə bir sultan,
Adı Mövla Əzizİ-kəlpeysər.
Eylədi çünki zülm mexluqə,
Üzünə ağ olub rəiyyətlər,
Verdilər tac-təxti qardaşına,
Boyun &ydi ona bütün leşkər.
Textə Mövla Həfıd çün çıxdı,
Ona çatdı o gün ki, irsi-pədər.
özünə aldı yüz on üç övrət,
Hamısı gülzar, simİnber.
Olmadı bir deqiqe qəflətde,
Başladı eyşü nuşə şamü səhər.
Yaraşar hökmdara kef çeksin,
Nəye lazımdı mal, gənc, gövher.
Necə mərhum Nesİreddİn şah,
Neçə dəfə Firənga etdi səfər.
Bu da bir kərrə getdi Parisə,
Keçirib orada yaxşı, xoş günlər
Dedi: “Heyhat, bilmemişdim mən
Varmış gör necə gözəl yerlər?
Niyə mən kesmişem bu memləkəti,
Səltənətdən çıxır mənə nə səmər?
Heyifdir, men bu yaxşı günlertmi
Keçirəm bu xərabə yerdə hədər.
Qoy firənglər gəlib bu çöllərde
Eyləsİnlər ümuri-xəlqe nəzer”.
Yığdı kür-küflətin yığışdırdı,
Köçdü Parisə, tutdu orda məqərr.
0 yedi, içdİ kaminə çatdı,
Sən de ye, iç damağın olsun tər.
- “Molla Nəsrəddin", 3 fevral 1913, N 4