Ey pǝri, hüsnin sǝnin cani-cahandan yaxşıdır
Görünüş
Ey pəri, hüsnin sənin cahi-cahandan yaxşıdır Müəllif: Şah İsmayıl Xətai |
Ey pǝri, hüsnin sǝnin cani-cahandan yaxşıdır,
Bǝlkǝ, ancaq can deyil, canü cahandan yaxşıdır.
Gǝrçi Yǝqubi zǝif etdi fǝraqi Yusifin,
Zǝf içindǝ ol dǝxi mǝn natǝvandan yaxşıdır.
Öymǝyin mahi-fǝlǝyin pǝrtövi-rüxsarini,
Ol pǝrinin hüsnü mahi-asimandan yaxşıdır.
Aşiqi viranǝdǝn mǝn etmǝ, ey ǝql ǝhli, kim,
Xǝstǝdil Mǝcnunǝ sǝhra xanumandan yaxşıdır.
Bu Xǝtai cu kǝnarında nǝ baxsın sǝrvǝ kim,
Qǝddi-dilcuyi onun sǝrvi-rǝvandan yaxşıdır.