Ey qılan şeyda məni, mendən bu istiğna nədir
Görünüş
Ey qılan şeyda məni, mendən bu istiğna nədir Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Ey qılan şeyda məni, mendən bu istiğna nədir?
Nişə sormazsan ki, əhvali-dili-şeyda nədir?
Gər mənə xəlq içrə pərva qılmadın, mezursan,
Böylə tənhalıqda qılmazsan mənə pərva, nədir?
Səhldir gər bilməyib halım, tərəhhüm qılmamaq,
Halımı bilmək, tərəhhüm qılmamaq emma nədir?
Gül təmannasmda derlər bülbülün qovğalann,
Çün gülü gördükdə qılmaz meyl, bu qovğa nədir?
Ol pəri mütləq məni-risvaya qılmaz iltifat,
Ey Füzuli, bilməzəm cürmi-məni-risva nədir?