Məzmuna keç

Ey qaşi kaman, kirpiyi ox, ləbləri mərcan

Vikimənbə saytından
Ey qaşi kaman, kirpiyi ox, ləbləri mərcan
Müəllif: Nəcəfqulu bəy Şeyda
Mənbə: Nəcəfqulu bəy Şeyda. Şeirlər. Bakı: Nurlan, 2006.


Ey qaşi kaman, kirpiyi ox, ləbləri mərcan,

Şəhd-i ləb-i ləlin mən-i biçarəyə dərman,

Yaqût ləbindən mənə sən əylə bir əhsan,

Ləbin ləbim üstünə qoy, ey nov-i gül-i xəndan,

Gülbərg tərin əyləgilən yər ilə yəksan.

 

Dərdü gəmi hicr içrə mənim çoxdu məlalim,

Hansı birini şərh qıhm, əy gül-i alım?

Aşüftə ədən zülf-i siyahındı xəyalım,

Çarə nə olur, dərdimə səndəndi sualim?

Əlhəqq bulunur şəhd-i ləbindən mənə dərman.

 

Övqat kəçərdi qəm ilə, ləyk vüsalm,

Röyada görürdüm gəcələr əks-i camalm,

Səd şükr Xudaya ki, dönüb fikrü xəyalm,

Tərf-i gülü büstana gəlir sərv-i nihaim,

Can məqdəminə imdi gərəkdir ola qurban.

 

Dün şərh ələdim dərd-i dilim pir-i muğanə,

Zülf-i siyahın qissəsi çün düşdü bəyana,

Aşüftə, pərişan ələdi halimi şanə,

Döndərdi üzarm həvəsi bağrımı qanə,

Nəy kimi nəvaya gəlib üşşaq ədər əfgan.

 

Əy məhr-i münəvvər, sənə övsaf nə hacət,

Hər yərdə camalm süxəni türfə həkayət,

Söz çoxdu, budur müxtəsər, əy kan-i lətafət,

İnsafa gəlib əylə özün bircə ədalət,

Vər indi icazə olalım ta sənə məhman.

 

Əsbab-i tərab məclis ara ta ola bir dəm,

Tarü nəy ü bərbət çalınıb, dəf urula həm,

Sərməst ola zahid Iəb-i məydən, ola xürrəm,

Saqi oluban məy vərəsən sən mənə hər dəm,

Ağuşuma mən onda çəkərdim səni çün can.

 

Buy-i sər-i zülfün yətirib bad dimağa,

Şövq-i gül-i rüyin məni qalxızdı bu tağə,

Şeyda kimi səbbar olurmu kimsə bu dağə,

Bülbül kimi qonsam, gözəlim, şaxə, budağə,

Görüb deyərlər: -Aşiq-i güldür bu pərişan