Ey qarə gözlü, yolda alıb aləmin gözü

Vikimənbə saytından
Ey qarə gözlü, yolda qalıb aləmin gözü
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 17.

Ey qarə gözlüm, yolda qalıb aləmin gözü,
Göz-göz gəzər gözüm görə nagah həmin gözü.

Mahım, niqab içində nihan tut cəmalını,
Açma, amandı, dəyməyə naməhrəmin gözü.

Ey kəbeyi-müqəddəs içində açan gözün,
Ey ruhul-əqdəsin nəfəsi, Məryəmin gözü.

Ruhum əsir bir mələyin qara xalına,
Cənnətdə görməmiş elə gül Adəmin gözü.

Kəbə əzayi-Ali-Rəsulçun geyib qara,
Ruzi-cəzayadək qurumaz zəmzəmin gözü.

Vəsli-nigarə az qala çatmışdıq, ey könül,
Qəm gəldi çıxdı, qoymadı çıxsın qəmin gözü.

Ey ruhumun baharı, qayıt bağə, seyrə çıx,
Hər sübh həsrətinlə dolar şəbnəmin gözü.

Ya Rəbb, o qarə gözlü gözəl kimdi, bilmədim,
Bir baxdı, saldı sehrinə bir ləhzə min gözü.

Bir kimsə, ey Vüqar, bizə dost, həmdəm olmadı,
Dostun ziyanı dəydi bizə, həmdəmin gözü.