Ey rüxün gülzari-cənnət, saçların reyhanıdır
Görünüş
Ey rüxün gülzari-cənnət, saçların reyhanıdır Müəllif: İmadəddin Nəsimi |
Mənbə: İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004. səh.260. 22 avqust 2017 tarixində arxivləşdirilib |
Ey rüxün gülzari-cənnət, saçların reyhanıdır,
Ey dodağın abi-heyvan can anın heyranıdır.
Surətin lövhündə həq çəkmiş kəmali-qüdrətin,
Əhsən, ey surət, kəmahı qüdrəti-rəhmanidir.
Gəl ki, yandırdı məni hicrində eşqin atəşi,
Şərbəti-vəslin bu dərdli xəstənin dərmanıdır.
Mö’minin qəlbindədir əhli-yəqinin rövzəsi,
Arifi-əsrari-həq şol rövzənin rizvanıdır.
Ey ki, hüsnündür kəmali-qüdrəti-rəhmanımız,
Qüdrəti-rəhmana heyran olmayan şeytanidir.
Dilbərin yolunda sən gər əhl olursan, can fəda
Tərki-can etmək yolunda ömri-cavidanidir.
Ey Nəsimi, həq sənə oldu çü Fəzli-müstəan,
Şükri-əyyami-vüsalü rəhməti-rəhmanidir.