Ey səba, bu ərzimi ərz etgilən cananıma
Görünüş
Ey səba, bu ərzimi ərz etgilən cananıma Müəllif: Zikri Ərdəbili |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Ey səba, bu ərzimi ərz etgilən cananıma,
Bəlkə dərman eyləyə bu dərdi-bidərmanıma.
Gərçi bu çərxi-fələk səndən məni qıldı cüda,
Barı sən, ey bivəfa, hərdəm nolur, gəl yanıma.
Bilməzəm hərdəm neçin qanım tökər canan yerə,
Hiç rəhm etməz mənim bu dideyi-giryanıma.
Ahu tək hər yana nıəstanə dolandırma gözün,
Az qalıbdır gözlərin rəxnə sala imanıma.
Saqiya, dur, sağəri-sərşar doldur, nuş edim,
Qəm yemə, gör çox yetibdir qəm, bu qəmli canıma.
Canımı canan alıb, naseh, məni mən eyləmə,
Bilmirəm bir can nədir ki, qıymayım cananıma?!
Zikriyi-şuridədil sübhü məsa söylər: Fətək –
Qoydun həsrət sən məni ol gözləri məstanıma!