Ey səba, bu necə səsdi məni heyran etdi
Görünüş
Ey səba, bu necə səsdi məni heyran etdi Müəllif: Seyid Zərgər |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Ey səba, bu necə səsdi məni heyran etdi?
Göz yaşım cari edib, bağnmı al qan etdi?
Bu necə ləhndü kim eylədi bidar məni,
Xabdən bu dili-büryanımı büryan etdi?
Guş verdikcə o avazeyi-dilsuzə, əcəb
Çıxarıb əqlimi, halimi pərişan etdi.
Taqəti-səbrimi əldən alıb ol İsadəm,
Cəzb edib ləhni onun cismimi bican etdi.
Yüksələn demdə səhər vaxtı o sövti-Davud
Çeşmi-giryanımı nəzzarəyi-hər yan etdi.
Heyf kim bilmədim o həzrəti-İsadidə
Kimdü ol sövti-cahan içrə nümayan etdi.
Deyin ol bülbüli-sübhə ki, siz, ey ariflər,
Canım Seyyidi-Zərgər sənə qurban etdi.