Məzmuna keç

Ey təğafül birlə hər saət qılan şeyda məni

Vikimənbə saytından
Ey təğafül birlə hər saət qılan şeyda məni
Müəllif: Məhəmməd Füzuli


Ey təğafül birlə hər saət qılan şeyda məni,
Vaqif ol kim, öldürər bir gün bu istiğna məni.

Zəfim eldən yaşırıb, əhvalimi saxlar, vəli,
Naleyi-biixtiyarımdır qılan rüsva məni.

Gər məni xunabeyi-əşkim nihan eylər, nə syd,
Qanda olsam, möhnəti-eşqin qılar peyda məni.

Valehi-zövqi-ləbi-meygunü çeşmi-məstinəm,
Saqiya, sanma xərab etmiş meyi-səhba məni.

Xali etmişdir məni məndən məhəbbət - dustlər!
Eyb qılmın, görsəniz aləmdə bipərva məni.

Guşeyi-mehrab tutmuşdum, rəhi-zöhdü səlah,
Qoymadı öz halimə ol nərgisi-şəhla məni.

Ey Füzuli, bir sənəm zülfinə könlüm bağladım,
Çəkdi zənciri-cünynə aqibət sevda məni.