Məzmuna keç

Ey tərifə layiq Nur, Əqlim, Sultanım, hardasan?

Vikimənbə saytından
Ey tərifə layiq Nur, Əqlim, Sultanım, hardasan? (1994)
Müəllif: RAUF CAVAD

Yandı bağrım gözləməkdən, ey Gümanım, hardasan?
Qalx ayağa! Gəl Şahım, son cümlə Canım, hardasan?

Səni hey səsləyirəm, Füzuli tək gözləyirəm,
Lakin Səndən xəbər yox, ey Səbri anım, hardasan?

Od tutub yanır söz, ürəyim, Yar, çatdayır səbRim,
Bəs deyilmi özlədiyim qəm, Hicranım, hardasan?

Söz keçirmək olmur yaralı, ağrıyan ürəyə,
Çün qanı qarədi, ey Dilbər, dərmanım, hardasan?

Fəsillər dəyişir, payız qışa vaxtsız qarışır,
Yaz, qırmızı yaydan utanır, fərmanım, hardasan?

Aləmlər dəyib bir-birinə, göylər yas saxlayır,
Günahlar çıxır yerdən göyə, imanım, hardasan?

İnsanlıq, insaf itib, Şeytanlar meydan sulayır,
Güllər tapdanıb, əzilir, ey vicdanım, hardasan?

Zülmlər qalxır ərşə, Analar hey fəryad qoparır,
Ey Qərib düşən ahım, ruzi divanım hardasan?

Hər tərəf bəzənib al-qanə, geyinib qırmızı,
Lalələr bürünüb matəmə, əfğanım, hardasan?

SusuZ qalıb sevgi, hər tərəfi çölü-biyaban,
Təkləyiblər Ümidi, ey ər, Zamanım, hardasan?

Haqsızlıq baş alıb gedir, Ədalət gözdə yoxdur!
Nalələr hər gün çoxalır, xoş ünvanım, hardasan?

Düşmən qəh-qəhəsi yandırır içimi, məzlumu,
Çarəsizdir bəşər, ey Şahbaz Aslanım, hardasan?

Sən mənim Muradım, Ülvi duyğularım, Vüsalım,
Yeganə şəmi Hicranım, Xuramanım, hardasan?

Qalx ayağa! gəl Xəyalım, Rauf baxışlı Məna,
Ey tərifə layiq Nur, Əqlim, Sultanım, hardasan?!