Eylə (Aşıq Qərib Hasan)
Görünüş
Eylə Müəllif: Aşıq Qərib Hasan |
Mənbə: Tacir Səmimi, "Ağbaba aşıq mühiti", Bakı: "Elm və təhsil", 2014. |
Alosman deyəndə cana can gəlir,
Döz, a yazıq canım, dərdə tab eylə.
Urusun zülmünnən olduq mühacir,
Köçəni, qaçanı bir hesab eylə.
Yollara düşmüşəm mən bu yaşımda,
Qəzanın çanağı çatlar başımda.
Xınzırnan doludur torpaq-daşım da,
Tanrı, düşmənimi mənə bab eylə.