Məzmuna keç

Eyləmə (Aşıq Nəsib)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Eyləmə
Müəllif: Ağbabalı Aşıq Nəsib
Mənbə: "Qərbi Azərbaycan aşıqları" (poeziya antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, "Zərdabi nəşr" MMC, 2023. ISBN 978-9952-571-42-4

Bir yerə çox gedib gəlmə, aşıqlığı şor eyləmə,
Hörmət ayrı, töhmət ayrı, öz işini zor eyləmə.
Paraya heç meyil salma, can sözünü çor eyləmə,
Yavaş danış, sakit dillən,səs-sədanı gur eyləmə,
Yandırma özün odları, yatağını qor eyləmə.

Aldınmı sazını ələ, elə çal ki, daş ərisin,
Şirin-şirin söhbət eylə, düşün sən sözün gerisin.
Nadanların,qanmazların, söz ilə çıxar dərisin,
Ürəyinə neştəri sox,tamahkarın, həm hərisin,
Dastan,hava,havacatı, sevənlərə xor eyləmə.

Mən Nəsibəm eşit,oğul, yadında saxla sözümü,
Bu dünyada şəyirdimsən, sənə tutmuşam üzümü.
Yalan eləmə düzümü, ay İsgəndər, məni dinlə,
Ağa "ağ" de, ala "al"de, işığı sənsən gözümün,
Ustadından ötə keçmə, zil qaranı mor eyləmə.