Eyləmə qəm

Vikimənbə saytından
Jump to navigation Jump to search
Eyləmə qəm
Müəllif: Əliqulu Qəmküsar
Satirik şeir
Mənbə: Əliqulu Qəmküsar (2006). Seçilmiş əsərləri (az). "Şərq-Qərb". ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib. 2017-06-19 tarixində istifadə olunub.

Eyləmə qəm, ey başı boş bambılı,
Dümbəyi çal düşgilə meydane sən
Mütrübə, cindarə, meyə səp pulu,
Sərf eləme başqa bİr ehsanə sən.

Gündə həna bağlagilən yalına,
Açma gözün, baxma bir az halma,
Colb elə ənzan yoğun şalına,
Eyle səfər ildə Xorasanə sən.

Tazəbatazə eylə siğə, nikah,
Bilgilən icrayi-teiaqi mübah,
Feyz qazan kəndinə şamü sabah,
Fövt eləma ömrünü əfsanə sən.

Səy eytəyib başına topla mürid,
Mədrəsəni, məktəbi et napedid,
Qoyma açılsın bir üsuli-cədid,
Görmə rəva elmi müsəlmanə sən.

Başını qırxdırgilən, həm pak elə,
Diqqət eylə, qoymagilən tük gələ,
Salma bu dünyada özün əngələ,
Dik gözünü cənnəti-rİzvanə sən.

Qız götürüb qaçmağı bil çox hünər,
Dərdİn ola vermə tebıbə xəbər,
Incİmə üz versə qəzavü qedər,
Eylə fəda canmı canane sən.

Qoyma əyalın, çocuğuna zad qana,
Qat otağa, bağla dilın, yıx yana.
Dərs yaraşmaz qıza, ya oğlana,
Qeyrət etə nefi-cibişdanə sən.

Ölsə ölün, quyla əmanət onu,
Qoyma yubanmaqhğa, əlbət, onu,
Torbaya tök, çat ata xəlvət onu,
Düş çaparaq bərri-biyabanə sən.

Çox da qəzetlor səni təhqir edir,
Əksini jumalda da təsvir edir,
Eybini, nöqsanmı təhrir edir,
Vermə qulaq hərzəvü hədyanə sən,
Dümbəyi çal, düşgilə meydanə sən.

  • Molla Nəsrəddin. 14 dekabr 1910. N 40