Eylər-eylər (Aşıq Seyid İbrahim)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Disambig.svg Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Eylər-eylər
Müəllif: Aşıq Seyid İbrahim
Mənbə: Şəhla Musayeva (2020). Köhnə ustadla yeni tanışlıq (az). archive.org. Yoxlanılıb 2020-04-19.


Sovet ölkəsinə toxunma faşist
Ordusu yerini yurd eylər-eylər
Ordenli marşallar göstəriş verər
Hitlerə tükənməz dərd eylər-eylər.
 
Sovet siyasətin möhkəmdi sirri
Bizdədi dünyanın altıdan biri
Bu Azərbaycandadı igitlər yeri
Qoç oğlan bəslənər, mərd eylər-eylər.
 
Marks, Lenin qoydu plan ölkəyə
Bütün zəhmətkeşlər tapdılar sayə.
Stalin günəşdir cəmi dünyaya
Bu tarixi kütlə vird eylər-eylər.

Bizim partiyanın gözəl nişanı
Milyonla ordunun var qəhrəmanı.
İbrahim bu yolda qoyubdu canı
Təbi, həm də şeri vəsf eylər-eylər