Eylər (Pənah Seyfəli)

Vikimənbə saytından
Eylər
Müəllif: Pənah Seyfəli
Mənbə: Azərbaycan Aşıqlar Birliyi (2020). Ustad nəfəsli saz-söz ərməğanı (az). “Zərdabi Nəşr” MMC nəşriyyatı. Orijinal mənbədən 17 iyun 2023 tarixində arxivləşdirilib. Yoxlanılıb 17 iyun 2023.

 
Namərd dostdan kəs aranı, kənar ol,
Salamat başını məlamət eylər.
Mərd düşmənə ilticalıq eyləsən,
Bağışlar təqsirin əyalət eylər.

Ustadın nəsihətindən qaçmayın,
Namərd ilə şirin şərbət içməyin,
Müxənnətlə nanı süfrə açmayın,
Durmaz ilqarında xəyanət eylər.

Dolandım dünyanı söznən, bəsinən,
Saznan, söhbətinən, eşq, həvəsinən,
Biqeyrət qohumnan, binamus dostnan,
Pənah aşna olmaz, ədavət eylər.