Məzmuna keç

Eylərlər

Vikimənbə saytından
Eylərlər
Müəllif: Xəstə Qasım
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

 
Bu zamanda ilqar handa,
Aşnaları yad eylərlər.
Yeyərlər nanü-naməki,
Beş gündə bərbad eylərlər,

Yaram sızlar, təbib naşı,
Didəmdən axıdır yaşı.
Yar yolunda verrəm başı,
Bilsəm ki, imdad eylərlər.

Mənim yarım fitnə qaşlı,
Cigərim tüğyan ataşlı,
Dostu qoyub gözü yaşlı,
Düşməmləri şad eylərlər.

Məcnui kimi divanəni,
Şəm yandırır pərvanəni.
Xəstə Qasım biçarəni,
Öldürübən ad eylərlər.