Eyləsin (Aşıq Abbas Tufarqanlı)
Jump to navigation
Jump to search
![]() |
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Eyləsin Müəllif: Aşıq Abbas Tufarqanlı |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Duman, gəl get bu dağlardan,
Dağlar taza bar eyləsin.
Nə gözlərim səni görsün,
Nə könlüm ğubar eyləsin.
Haşa, sevdiciyim haşa,
Deyilənlər gəldi başa,
Bir yandan özün tut daşa,
Bir yandan el car eyləsin.
Abbas ağlar zarı-zarı,
Getməz könlünün qubarı,
İlqarından dönən yarı
Tanrı tezbazar eyləsin.