Eyləsin (Molla Cuma)

Vikimənbə saytından
Eyləsin
Müəllif: Molla Cuma
Mənbə: Azərbaycan Aşıqlar Birliyi (2020). Ustad nəfəsli saz-söz ərməğanı (az). “Zərdabi Nəşr” MMC nəşriyyatı. Orijinal mənbədən 17 iyun 2023 tarixində arxivləşdirilib. Yoxlanılıb 17 iyun 2023.

 
Aşıq olan cövri-cəfaya dözsün,
Ciyərini qara daşdan eyləsin.
Dünya nemətindən əlini üzsün,
Özün təmiz çörək, aşdan eyləsin.

Bilmək istəyənlər aşıq rəsmini,
Qalasın odlara gərək cismini,
Dərs alanda alsın canan ismini,
Sevda ilə qələm qaşdan eyləsin.

Molla Cuma dərya kimi dolmasa,
Saralıban heyva kimi solmasa,
Bir gözəldə insaf, mürvət olmasa,
Tanrı onu tezcə başdan eyləsin.