Eyləyir dünyaya fərvərdin yeli hər dəm səfər
Görünüş
Eyləyir dünyaya fərvərdin yeli hər dəm səfər Müəllif: Qətran Təbrizi |
Eyləyir dünyaya fərvərdin[1] yeli hər dəm səfər,
Eylədikcə hər səfər dünyaya o çalmış zəfər.
Eyləyir bülbül fəğan gülşəndə hər saət yenə,
Nazlanır güllər baxıb gördükcə hər dəm nalələr.
Tutiyə bənzər şəqayiq dimdiyində qır tutub,
Suri zərdir, üstünü qıpqırmızı tozlar bəzər.
İldırım şimşək çaxar daim buludlar oynaşar,
Sanki zənci ordusu tatar görüb xəncər çəkər.
Bənzəyir bağlarda nərgiz bütlərin əllərinə,
Qol-bilək mina tamam, ovcu hənadır sərbəsər.
Göl külək əsdikcə bənzər köksünə şahinlərin,
Sanki tovuzdur, qızılgül, bağda açmış balü pər.
Qeydlər
[redaktə]- ↑ Fərvərdin — İran günəş təqviminin birinci ayı (21 mart - 20 aprel).