Füzuliyə nəzirə (Ərzurumlu Əmrah)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Füzuliyə nəzirə (Ərzurumlu Əmrah) Müəllif: Ərzurumlu Əmrah |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Saqiya sorma mənə keyfiyyəti səhba nədir,
Oylə məstəm ki, təəkkül qılmazam dünya nədir.
Xor görüb rüsvalığım tən etmə ey zahid mənə,
Fəhm edərmi məst olan şeyda nədir, rüsva nədir?
Gərçi aşiqlik qılan çoxdur bu bəzmi - eşqdə,
Leyk bilməzlər səbati - eşq nədir, sevda nədir.
Fərq edən alayi ədnayi dila, aşiq deyil,
Aşiq ol kim, bilməyə ala nədir, ədna nədir.
Çünki bildin məhv olur əşya, qalır sultani - eşq,
Bilməzəm Əmrah, sənin könlündəki dava nədir...