Fəda olum o dilə Mürtəzanı zikr eləyər

Vikimənbə saytından
Fəda olum o dilə Mürtəzanı zikr eləyər
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. səh 13.

Fəda olum o dilə, Mürtəzanı zikr eləyər,
Əlini zikr eləyən Mustəfanı zikr eləyər.

Hezari-dil gəlibən köksüm içrə əfqanə,
Yanıqlı səslə Şəhi-Kərbəlanı zikr eləyər.

Dəruni-qəlb ilə Xətmi-Nəbini eləyən,
Təmami-silsileyi-ənbiyanı zikr eləyər.

Göz əşki-pak tökər qətrə-qətrə, hər qətrə,
Xanımların gözü xeyrən-nisanı zikr eləyər.

Könül, pənah yerimdir qəriblərin şahı,
Qərib könüllər İmam Rzanı zikr eləyər.

Təsəlli tapmağı üçün dəmadəm eşq əhli,
Kitabi-eşqi açıb Həl-Ətanı zikr eləyər.

O səs ki bəzmi-şərab içrə badələr çıxarar,
Şərabi-eşqi içən Müctəbanı zikr eləyər.[1]

  1. Şair bu cür Əhli-beyti tərif etdiyi qəzəllərin məqtə yəni son beyitində özünə müraciət etmir.