Fələk yaxşı bilir: nəzmü nəsrdə
Görünüş
Fələk yaxşı bilir: nəzmü nəsrdə Müəllif: Xaqani Şirvani Tərcümə edən: Maarif Soltan |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Fələk yaxşı bilir: nəzmü nəsrdə,
Mənimtək dünyada yoxdur bir nəfər.
Boyanım sudursa, xəyalım oddur,
Odla su sazişi görülmüş məgər?
Musanın oduyla Xızrın suyunu,
Təbim birləşdirir hər axşam-səhər.
İki divanımda - ərəbcə, farsca,
Yoxdur bircə söyüş, bir həcv, müxtəsər.