Məzmuna keç

Fələyin ruzi-əzəl mən belə pərvərdəsiyəm

Vikimənbə saytından
Fələyin ruzi-əzəl mən belə pərvərdəsiyəm
Müəllif: Mirzə Ələsgər Növrəs

Fələyin ruzi-əzəl mən belə pərvərdəsiyəm,
Ah, qəm ləşgərinin şövq ilə sərkərdəsiyəm,

Neçə müddətdi könül bəzmi-səfa təşnəsidir,
Zindədil hal bilən əhli-vəfa mürdəsiyəm.

Şəhr əhli neçəsi eylədi çox zülm mənə,
Qeybətu töhmətin axır belə pəjmurdəsiyəm.

Hər dənizadə mənim ustumə qalxızdı ayaq,
Deməsəm bir soz ona bəs ki, həya pərdəsiyəm.

Növrəsa, rövnəqi-əyyami-cavanlıq getdi,
Zövq əhli deyiləm, pirilik əfsurdəsiyəm.