Fəramuş etdi xeyli dəm məni yad etmədən qaldı
Görünüş
Fəramuş etdi xeyli dəm məni yad etmədən qaldı Müəllif: Fatma xanım Ani |
Fəramuş etdi xeyli dəm məni yad etmədən qaldı,
Mənim çox sevdiyim məzhunu, dilşad etmədən qaldı.
Nola təmirinə qəsd etməsə şahi-cəhanbanim,
Bilür kim, xatiri-viranim abad etmədən qaldı.
Qalıbdır bəhri-qəmdə dil, fələk, yox sahili-məqsud,
Heyflər... Ruzigarım bana imdad etmədən qaldı.
Düşəndən rahi-eşqi-yarə zarü natəvandır dil,
Səri-kuyində halim yarə fəryad etmədən qaldı.
Neçün dər pey olur Ani ki, hali-Qeysi bilməzmi?
O bimarə yetirdi kəndini irşad etmədən qaldı.