Məzmuna keç

Fərhad və Şirin (Əlişir Nəvai)/Fərhadın Xaqan ilə Yunan ölkəsinə səfər etməsi

Vikimənbə saytından
Fərhadın Xaqan ilə Yunan ölkəsinə səfər etməsi
Müəllif: Əlişir Nəvai
Mənbə:
  • Ə.A.Vahid, M.Dilvazi, Ə. Ziyaqay, M. Rahim, N. Rəfibəyli. Əlişir Nəvai, "Fərhad və Şirin" (PDF). səh.39–42.
  • Ə.A.Vahid, M.Dilvazi, Ə. Ziyaqay, M. Rahim, N. Rəfibəyli. Əlişir Nəvai. Seçilmiş əsərləri. Bakı: Əlişir Nəvai. 2004. səh.79–86.

Mə'nalar yolunu tapan o nəfər
Bu növ ilə çəkdi sözlərdən əskər:
Şah, işi xoş körüb eylədi niyyət
Ki, Yunan mülkünə etsin əzimət.
Əmr etdi, yürüşçün şeypur çalsınlar,
Toplansın əskərlər, nə qədər ki, var.
Bir anda, elkədə, bütün hər yandan,
Qoşunlar yığışıb gəldilər haman.
Bir saysız-hesabsız qoşun oldu cəm,
Yarandığı gündən körməmiş aləm.
O qoşun dəryası cuşa kələrək,
Qalxır asimanın dəryasına tək.
Aləm körməmişdi bunca əskəri,
Ətlasın, Xaranın yoxdu qədəri.
hər çadır fələyin karikahıydı,
Qapısı keylarin barikahıydı.
Onun uclarında firuzə çadır
Elə bil göylərdə günəşlə aydır.
Dövrəsində bağı qızılla kümüş
Elə bil ulduzlar yerə tökülmüş.
Çadırın qübbəsi nəhayət bilməz,
Onun divarları elçüyə gəlməz.
On iki payəli bir təxti-ali.
On iki bürcü də ulduz misali.
Nəsri-tair uçsa yüz illər yenə.
Çata bilməz onun bir qülləsinə.
Onun ayaqından sallanır zəri,
Sanki uçan ulduz yarır göyləri.
Cəmşid sarayına bənzər körkəmi,
Külləri parlayır bir günəş kimi.
Çadırların sayı ulduzlar qədər.
Qoşun qarışqaya burda bərabər.
Zorla bu axına qatlanmış torpaq.
Dünyanın üzünü sel tək alaraq,
Onlar yola düşdü Yunan mülkünə,
Eşq, qoşun çəkdi o can mülkünə.
hərəkət eylədi nizamla əskər.
Qayda-qanun ilə başlandı səfər.
İki gün bir yerdə tutmayıb qərar,
hey mənzil kəsdilər, mənzil aldılar
Yürüşün sorağı çatınca haman,
Xalqın çıxır idi huşu başından.
Coşur bu zəfərdən xalqın vüqarı,
Bağlı qapıların gəlir açarı.
Alınır ölkələr bir çox yerlərdə.
Deməyin ölkələr, sular da, yer də...
Aylarla keçdilər səhranı, dağı.
Keründü qarşıdan Yunan torpağı.
Xaqanın qoşunu gəlmişdir deyə,
Xəbər yayılınca bütün elkəyə,
həm zəikin, həm yoxsul çıxdı qabağa;
Şahı töhfələrlə salamlamağa.
hikmət sahibləri daldı işrətə.
Elə bil Utarid çatdı şöhrətə.
Təntənə içində hamı bəxtiyar.
Şahın qabağına belə çıxdılar.
hər nə var ölkənin yaxşı-yamanı,
Yığıb gətirdilər malı-qaranı,
Fələk qüdrətinə baş əyib, yeksər
Bütün məmləkəti şaha verdilər.
Şah hər kəsə lütfi-inayət etdi,
haqqın qanununa riayət etdi.
Göstərdi hikmətə ehtiramını.
Bildirdi hər kəsə öz məqamını.
Öpdürdü əlini hikmət əhlinə,
Onlar dua etdi xaqanə yenə.
hikmət əhli tamam tapanda təskin
Xaqan söz başladı səsində təmkin.
«Etdiksə buraya bu gün əzimət,
Yoxdur bu yürüşdə bir ezkə niyyət.
Məmləkət fəth etmək deyil qəsdimiz,
Təhlükə fəth etmək fikrindəyik biz. .
Ali qəlbimizə olmuş aşikar
Ki, haman ölkədə bir belə yer var:
Bu torpaq malikdir bir böyük dağa.
Tamam qranitdir başdan-ayağa,
Qranit içində vardır mağara,
Ayrılıq dəmində gecə tək qara.
Sokrat bu zülmətə vermiş səhəri.
Nur çəkmiş gecəyə sanki Müştəri...»
Yoldakı üç çətin mənzili bir-bir
Bacardığı kimi, eylədi tosvir.
Sözünü qurtarıb etdi işaro:
«Kim nə bilir desin, artıq nə çarə.
Kedək hansı səmtə, iə yana sarı,
Söyləyin hardandır onun yolları?»
Qalxıb yer öpdülər hikmət bilənlər:
«Xaqana arzusu olsun müyəssər,
0 yer ki, şah sşdan nişanə arar,
Burda onu bilən tək bir hokim var,
Beş yüz ildən çoxdur onun həyatı.
Süheyla həkimdir ellərdo adı.
Zəmanə Sokratı odur Yunanda.
Mağaranın sirri gizlidir onda
Yaşar inzivada, duası təmiz,
hünərdə şagirdik ancaq ona biz.
Bilir həqiqəti o əhli-hikmət.
Bu işin halından akahdır əlbət.
Bir az eşitmişik bu sirri biz də.
Nə desəniz varıq xidmətinizdə...
Lakin bizə deyil mə'nası əyan,
Təhqiq etməmişik onu heç zaman.
Bir şey xəbər alsa kər dövlət əhli
Bilmirik deyərmi heç hikmət əhli?!
Bu sirrin ondadır yalnız açarı,
Buyruq verin kedək biz ona sarı».
Şah istədiyindən tapınca nişan,
Şahzadənin qəlbi şad oldu haman.
Tumar-sığal verdi mehtər də ata.
Mindilər atlara oğulla ata.
Getdi hikmət əhli onlarla birbaş.
Şahla şahzadəyo oldular yoldaş.
Bir qala göründü çöldə bu ara -
Həkimin olduğu o tək mağara.
Bir tərəfdə qoyub hamı atları,
Piyada getdilər qalaya sarı.
O həkim şəxslərdən birisi getdi,
Süheylanı işdən xəbərdar etdi:
«Əbədi iqbala olaraq həmrah,
Utaridə gəlmiş Xurşud ilə Mah».
Eşitcək Süheyla belə sözləri,
Söylədi: - «Kəlsinlər, deyin, içəri».
Ədəblə girdilər Fərhadla xaqan,
Qalxdı öz yerindən həkim bu zaman,
hər ikisi ilə körüşdü xoşhal,
Onlar da epdülər əlini dərhal,
İstəyirdi etsin bu müşkülü həll,
Yer verib, oturtdu onları əvvəl,
Yol çətinliyini soruşdu bir-bir,
Dedi:-«Məramınız kəlməkdən nədir?!
Bu uzun yollarda çəkib əziyyət,
Kəlməkdə nə imiş söyləyin niyyət?»
Nəql eylədi ona xaqan bu halı.
Fərhadın başına düşən xəyalı.
həkim dedi:-«Bildim, məqsədi indi».
həm qüssəyə daldı, həm də sevindi.
Etdi şahzadənin ürəyini şad,
Dedi:«Sənin adın qoyulmuş Fərhad».
Süheyla, qonağı bir təhqiq etdi,
O hər nə sordusa bu təsdiq etdi,
Öpərək alnından o böyük insan
Səcdə edib dedi:-«Şükr yaradan.
Ölmədim, bu çərxi-fələk yenidən,
Verdi istəyimi, xoşbəxt oldum mən.
Neçə yüz il var ki, yerim mağara,
Düşmüşəm emrümdə çox bəlalara,
Mənə Camasibdən qalmış bu xəbər,
Vəsiyyətnamədə vardır bu sözlər;
<:Məndən sonra min il bu çərxi-dövran,
Dolanıb keçəcək yerin başından.
Çıxaçaq şahzadə Çin ölkəsindən.
Kələcək iqballa Yunana həmən.
Adı Fərhad, özü hər işdə mahir.
Səadət ulduzu üzündə zahir.
Dözüb zərbəsinə işGəncələrin
Açar tildamini o İokəndərin.
Ancaq yolunda bil, iki mane var,
Onları dəf etmək çox müşkül olar.
Biri əjdahadır yol üstə yatmış,
Nəfəsi od saçır onun yay və qış,
Biri əhriməndir açıb savaşı,
Başına göylərdən yağdırar daşı,
Münəccim Süheyla, o həkim insan,
Məndən sonra elmin varisi olan,
Bu xeyir-duamı qoy qəbul etsin,
Tapşırdığım işin sonuna yetsin. •
Bu məqsədə doğru gedəndə Fərhad
Kömək etsin ona bu yolda qat-qat.
Çox şahlar bu işə çox can ataçaq.
Fərhadındır, bilin, bu qismət, ancaq.
Yaxşı bilsin bunu Süheyla gərək.
Etsə, etsin ancaq Fərhada kömək.
Qorxunc əjdahanı öldürsə Fərhad.
Bu xoş xəzinədən aləm olar şad.
Divi öldürüb o qurtarsa ancaq,
Süleyman möhrünü burda tapacaq.
Bu tilsim onunçün hər şeyi açar,
Cəmşidin camı da olar aşikar.
Bunlar xoşbəxtlikdən çatarsa ona,
Qoy təqdim eləsin o da xaqana.
Ona bəsdir yalnız Sokratın özü,
Bir də İskəndərin məşhur küzküsü,
Bu işdən Sokrata itaət etsin,
Küzkünün dalınca sür'ətlə ketsin.
Nələr kələcəkdir başına hər an
Küzküdə körəcək, nə varsa tamam».
həkim sözlərini belə qurtardı:
«Böyük yaradana bu aşikardı.
Bu tapşırıqla mən edib iftixar,
Neçə yüz ildir ki, çəkdim intizar,
Yolunda çıxacaq müşkülə bir-bir
Mən çoxdan bəridir tökmüşəm tədbir».
Qalxıb mağaranın yanına vardı.
O yerdən bir cürə şüşə çıxardı.
«Səməndər yağıyla,-dedi,-həmişə,
Bil ki, dolu olur gördüyün şüşə.
Çox atəşkah vurmuş sinəmə dağı
Mən cəm eyləyincə bu qədər yağı.
Qılıncla əf'ini vuran zamanda,
Əjdaha göylərə toz qaldıranda,
Zirehli paltarda səməndər tək sən,
Öz bədəninə bu yağdan sürtərsən.
Sən o əjdahayla vuruşan zaman,
Yağ qurtarar səni onun odundan.
Əzablar içində əjdər öləndə,
Xəzinə sahibi olarsan sən da.
Orda daş-qaş vardır ulduzlar qədər.
Xatırından çıxar o əziyyətlər.
Qəribə bir şey də o xəznədə var.
Bundan əhrimən də çox bədbəxt olar.
Əhrimənə matəm tutanda fələk,
Mehür öz əlinə sənin keçəcək.
Əlin hər tilsimi açmağı bilər.
O zaman bu gözəl qiymətli xəbər,
Bir kümüş lövhədə yazılı olar.
O divin boynunda asılı olar.
Tilsim açmaq sənə olunca asan,
Cəmşidin camını orda taparsan.
Camın dövrəeində iardır nəqşələr.
Onları əlilə çəkmiş İskəndər.
Bu nəqşi o camın üstə körəndə
Sokratın halını bilərsən sən də.
Körəndə küzkü tək öz camalını,
Anlarsan küzkünün hər bir halını.
Küzkünün sirrini biləndə artıq,
Başına kələnlər görünər açıq.
Bundan sonra yoxdur icazə daha
Sirrin pərdəsini artıq açmağa...»
Bu sözləri deyib camı verərək,
Söylədi: «Ket, yolçu yolunda gərək!»
Verdi mənzillərdən o bir-bir nişan.
Dedi ki:-«Kecikmə, yola ol rəvan!
Kama çatmağına vardır ümidim.
Bu ümidlə gərək dünyadan kedim».
Bu növ ilə ona tə'lim elədi.
Canını tanrıya təslim eylədi.
Köz yaşıyla onu təmiz yudular.
Bu yerdəcə ona qazıldı məzar,
Sonra burda qaldı o hikmət əhli.
Yola rəvan oldu bu dövlət əhli.
Keçib mənzil-mənzil yol qət etdilər.
həkimin dediyi yerə yetdilər.
Axırda çatdılar eylə bir yerə,
Əjdahanın idi bütün o dərə.
O yerdə qalaraq axşama qədər,
İstirahət edib nəfəs dərdilər,
Gecə əjdahasi qaldırdı duman.
Əzəmətli göylər tutuldu ondan.
Günəşin xəznəsi batdı tozlara.
Viranələr göyü oldu qapqara.
Yandırıb işrətin odunu, haman
Orda başladılar kefə bu zaman.
Kəl saqi, başlandı, durma, mey dəmi.
Bir ömür gecəsi xoş tut aləmi!
Mey iç bir dəm qalxsın işrət nəvası;
Məhv etməmiş sani ömr əjdahası.