Fərhad və Şirin (Əlişir Nəvai)/Fərhadın Yunan ölkəsinə yola düşməsini qərara alması
Fərhadın Yunan ölkəsinə yola düşməsini qərara alması Müəllif: Əlişir Nəvai |
Mənbə:
|
Bu möhnəti təsvir eləyən nəfər
Vəq'ədən bu sayaq vermişdir xəbər:
Fərhaddan üzünü tale döndərdi,
Qəlbini incidib, çəfalar verdi.
Fərhadın qalmadı səbri, qərarı,
Getdi əldən tabi, həm ixtiyarı.
Qorxurdu axırda divanə olsun,
Dosta, aşinayə bikanə olsun.
Kizlədə bilməyib o bu sevdanı
Çağırdı gizlincə Mülk-aranı,
Ona nəql eylədi macərasını,
Könlünü incidən bu bəlasını.
Dedi: - «Ya dilənçi, ya da şah olsun.
Ya qafil, yainki bir akah olsun.
həm dəvlət, həm zillət, həm yaxşı, yaman,
Əbədi yazılmış insana haqdan.
Qədər yazan şeyə mƏgər çarə var?!
İnsan kəmalına aydındır bunlar.
Taleyin hökmündən nə şah, nə gəda
Azad ola bilməz heç bu dünyada.
Qəzanın yazdığı qaranı pozmaq
Su üstündə yazı yazmaqdır ancaq.
Qədərin yazdığı qaranı heç kəs
Bu dünyada pozub, dəyişə bilməz.
Dünyanın işini kamil bilənlər
Tale qarşısında göstərməz hünər.
Yer üzünə hakim olsa da insan,
Can qurtara bilməz yenə baxtındap,
İnsan acizliyi bəllidir mənə.
Taleyin enündə açizəm yenə.
Qəzanın alnıma yazdığı sözü
Ançaq poza bilər qəzanın özü.
Əzəldən bu idi haqqın rizası:
Mono qismət olsun eşqin bəlası.
Kimin öz ağlından qəlbi alsa nur,
Kərək tutsun məni bu işdə mə'zur.
Mən bu gün düşmüşəm bir yaman hala,
Bundan ölkəmiz də çəkəcək bəla.
Başqa yolum yoxdur, qalmışam naçar,
Belə yazı yazıb o pərvərdikar...
Nə çarə, çox müşkül körürəm işi,
hökmümlə qəzanın sönmür atəşi.
İndi sən xaqanın hüzuruna ket.
Mənim taleyimdən onu akah et,
Atalıq haqqı ki, vardır arada
Yardım etsin mənə bu macərada.
Qoy mənə yol üçün körsün ehtiyat,
Dua oxuyarkən etsin məni yad.
Xeyir-dua verib olarsa aram,
Şəksiz, mən bu işdə xeyir taparam.
İçazə verməzsə bilir yaradan,
Saxlamaram ondan sirrimi pünhan.
Dönmərəm yolumdan avara olsam,
Əgər yoxsul düşsəm, biçarə olsam.
Gedərəm, bilmərəm nə dağ, nə dərə,
Məqsədim uğrunda düşüb çöllərə...
Yoluma div çıxsa, əjdaha çıxsa,
Tilsim içrə yüz min dərd-bəla çıxsa
Köz yumub qorxmaram heç bir bəladan,
Canımı verərəm məqsədimçin mən.
Qərarım qətidir, sən eylə akah,
Yaxşı olar Əgər izn versə şah».
Fikrini söyləyib qurtardı bu dəm.
Үrəkdən bir daha eylədi qəsəm:
«Niyyətim qətidir, fikrim dəyişməz,
Olacaq hər sə'yin bu yolda əbəs».
Mülk-ara olunça bu işdən akah,
Çəkdi ürəyindən çox dərin bir ah.
İstədi eləsin ona nəsihət,
Nəsihət qapısı bağlıydı fəqət.
Necə çalışdısa tutsun qolunu.
Gördü ki, bağlamış o,-<eöz yolunu.
Gördü onda vardır qəribə bir hal.
Dili söz tutmayır olmuş sanki lal.
Vücudu atəşdən yandı, qaraldı,
Ahının tüstüsü göyə ucaldı.
Bu acı tüstüdən gözü yaşardı,
Ağlayaraq şahın yanına vardı.
Közünün yaşını hey axıdaraq
Dedi ki: «-Ey, şahım bir an tək qalaqh
0 sonsuz əzabla hər nə ki bilir,
Şahın hüzurunda söylədi bir-bir.
Dinləyib oğlunun maçərasını,
Yırtdı göynəyinin, şah, yaxasını,
hər ikisi yanıb bu dərdə yaman,
'Deyib ağladılar bir xeyli zaman.
Ağlayıb boşaltdı ürəyini şah,
Vəzir yeri öpüb, çəkdi dərin ah.
Təskin etmək üçün onu bir qədər,
Nəsihət yoluyla söylədi:-«Əgər,
Ey şahım olmuşsa qəzadan bir iş,
Çarə tapmaz, ona, inan, bu kərdiş.
Ey bu günün şahı, aqili-zaman,
Qəlbindir dövləti işıqlandıran.
Fayda verməz artıq bir yol göstərmək.
Yanıb ağlamaqdan yaxşıdır kemək.
Çarə tapsa ağıl bu işə Əgər,
Nəticədə həkim yol tapa bilər.
Təqdir olsa Əgər çarəyə mane
Olmalı qəzanın hökmünə qane!»
Şah dedi: «Sözlərin bir şəfəqli şam,
Şirin nitqin etdi qəlbimi aram.
heç o şirin candan doymaq olarmı?
Onu bu hal ilə qoymaq olarmı?
Nəsihətdir könlün dərdinə dərman,
Nəsihət etməli var ikən imkan...
Əgər təskin tapsa, səadət olar.
Könül kamə yetər, can rahət olar.
Əsər eyləməsə ona nəsihət.
Başqa bir yol tapmaq lazımdır, əlbət...»
Bu sözlərdən sonra vəzir və xaqan,
Tərəddüd etdilər bir xeyli zaman.
Düşünüb hər necə tədbir etdilər,
Bir fayda görməyib, təğyir etdilər.
Tə'kid göstərirdi fikrində Fərhad,
Vvrmirdi nəsihət bir fayda, heyhat!
Nəsihət eyləyib, eyüd verirkən,
Daha çox yanırdı qəlbi şövqdən.
Şah çarə tapmayıb, olaraq mə'yus.
İstədi eləsin oğlunu məhbus.
həbs etmək fikrini atıb kənara,
Düşündü ki, tapsın bir başqa çarə.
Dəyməyib qəlbinin arzularına,
Sevdalı ömrünün kənc baharına.
Qət etdi ki, yığsın Çini bir yerə,
Yunan ellərinə çıxsın səfərə.
Özü də oğluna bir həmrah olsun
Yaxşıdan, yamandan ta akah olsun.
Əvvəlki fikrindən o əl çƏgərək,
İstədi ki, etsin oğluna kemək,
Onu rahat qoyar fikri, xəyalı,
Düzələr azacıq pəjmürdə halı.
Yenə də olmasa bir qədər rahət,
Kerək yaradandan nədir məsləhət.
Şah çox təqdir etdi bu imtahanı.
Çağırdı yanına o, Mülg-aranı,
Dedi: - «Tez Fərhadın yanına sən ket,
Mənim bu fikrimi ona bəyan et»!-
Vəzir şahzadənin yanına getdi.
Şahın bu fikrini ona ərz etdi.
Fərhada bu xəbər çox fərəh verdi,
Atası rə'yinə meyl göstərdi,
Bilirdi ki, desə yalnız vararam,
İşi öz başıma mən bacararam,
haqqında bu işə olmaz rizası,
Dərdü-qəm içində ölər atası.
Tək atası deyil, ölkəyə belə,
hətta göy üzünə düşər vəlvələ.
Razılıq eyləyib dedi:-Tez ol, ket
Yola çıxmaq üçün bir todarük et».
Vəzir eyləyincə məqsədi hasil,
Gəlib xaqanı da eylədi xoşdil.
Müəyyən edildi qoşun üçün yer.
Başçılar hər yandan əmr verdilər.
Doldur badələri, saqi, mədəd qıl!
Bir cam şərab içək, məst olsun ağıl.
Ver səfər camını, məni xumar et,
Divə, əjdahaya bir sehrkar et!