Məzmuna keç

Fərhad və Şirin (Əlişir Nəvai)/Fərhadın doğulması

Vikimənbə saytından
Fərhadın doğulması
Müəllif: Əlişir Nəvai
Mənbə:
  • Ə.A.Vahid, M.Dilvazi, Ə. Ziyaqay, M. Rahim, N. Rəfibəyli. Əlişir Nəvai, "Fərhad və Şirin" (PDF). səh.14–16.
  • Ə.A.Vahid, M.Dilvazi, Ə. Ziyaqay, M. Rahim, N. Rəfibəyli. Əlişir Nəvai. Seçilmiş əsərləri. Bakı: Əlişir Nəvai. 2004. səh.29–34.


Bu Çin libasını nəqş edən rəssam
Onu bu nəqş ilə bəzəmiş tamam:
Çin gözəl nəqşlər ölkəsidir çün,
Ona qibtə edir dünya bununçün...
Orada var idi çox böyük bir xan,
Ona xan deməyin, söyləyin xaqan.
Məmləkəti geniş dünyalar qədər,
Yeddi qat göy ilə taxtı bərabər.
Elə bil qum idi yerdə qoşunu,
Nə qum, ulduzlarla bir tutun onu!
Afridundan çoxdu cahı, cəlalı.
Qarundan artıqdı dövləti, malı.
Uca göylər kimi dərgahı vardı,
Hətta göylərdən də ali durardı,
Önündə qul idi elə bil xanlar,
Ona bac verərdi ölkə alanlar.
Səxavəti vardı ümmandan artıq,
Çəvahir saçardı o kandan artıq.
Həm imkandan artıq nəinki kandan,
Hər kəs tapmadığın, tapardı ondan!
Günəş incisindən olsa da tacı,
Ayrı bir inciyə var ehtiyacı.
Arzu bağı açsa yüzlər ilə gül,
Çırpınırdı başqa bir külçün könül.
Ondan nur alırkən hər iki çahan,
O işıqlanmadı öz işığından.
Dedi:-«Çün, cahanın bəqası yoxdur,
Uca sarayların əsası yoxdur.
Əbədiyyət evi deyildir ali,
Dünya bədbəxtlikdən olarmı xali?
Min il padşahlıq etsə də insan,
Baş əysə hökmünə illərlə cahan,
Bir gun içər ikən yoxluq camından,
Zənn edər yaşamış dünyada bir an
Taxti göyə dəyən şah olsun, ya da
Bir daxma tapmayan yoxsul bir gəda.
Onları bərabər siləçək zaman,
Əbədi deyildir nə yoxsul, nə xan.
Baxıb fəxr eyləsin nəyə taçidar
Öndan qalmaz isə bir dürr yadigar?
Yaranan dürrdü, yaradan sədəf,
Sədəf, yə'ni ata, dürr isə-xələf.
Sədəfsiz dənizdə iz yox incidən,
Dəniz zənn eyləmə bu suları sən.
Necə də qəzəblə köpürür sular.
Үzündə dalğadan qırışıqlar var.
Çoxdur çəmənlikdə gözəl sərvlər,
Lakin faydası nə, verməyir səmər.
Ağac gözəllikçin yaranıbsa gər,
Meyvə verməyirsə, odun edilər.
Bulud yağış ilə verməsə fayda,
Havada boş duman olacaq o da.
İldırım parlarsa göydə nə qədər,
Sönər, arxasında, buraxmaz əsər.
Ocaq yanıb bitsə, nə qüssəsi var,
Təzədən qorilə yandırmaq olar.
Mən o dənizəm ki, gövhərim yoxdur,
Yaxud, bir odam ki, külüm soyuqdur.
Yox, iyrənc kölməyəm, dəniz deyiləm.
Bu od nə oddur ki, tez sönür körən?
Bu odsuzluqdandır könlümdə dağım,
Dövran keçirməsin deyə ocağım
Ah, həsrət! İllərlə çox udmuşam qan,
Çin-Xəta mülkündə olalı xaqan.
Bu fani dünyadan gedən zamanda,
Bir yad tutacaqdır yerimi onda,
O mənim taxtıma basacaq ayaq,
Qoşunla ölkəmə əl uzadacaq,
Yatağım içində tutacaq aram,
Zəmanə sübhümü edəcək axşam.
Zəhmətlə yığdığım bu xəzinələr,
Ona çatan zaman olacaq hədər.
Düşmən tə'nindənmi əfsus eyləyim,
Ya kişilik, namus, hansından deyim.
Oğulsuzluqdandı bu əzablarım,
Məni iztirabdan xilas et, tanrım!
Bu dərin kirdabda kəl tut əlimdə,
Varis işığilə işıqlanım mən!»
Sözləri, söhbəti daim bu idi,
Həqdən bir oğuldu ancaq ümidi.
İncilər Saçardı göz yaşlarından,
Lakin sevinc yaşı istərdi o xan.
Bununçün pul tökdü dünyalar qədər
Çox nəzirlər verdi, etdi kərəmlər
Oğulsuz kəslərə min lütfi yetdi,
Çox atasızlara atalıq etdi.
Bunların hamısından məqsəd isə, bax,
Bir oğul atası olmaqdı ancaq.
Lakin nə çəkmişsə qarşıya təqdir,
Tədbiri, eyləmək olmayır təğyir.
Bir işdən mənfəət körməsə insan,
Əzəldən alnına yazılıb haqdan.
Rənkləri qırmızı bir çox gövhər var,
Əslində lə'l deyil, kömürdür onlar.
Çox sarı boyalar yaratmış cahan,
Mə'dən görünsə də alovmış haman;
Edilən arzuda varmı bir xeyir?
Madam ki, məchuldur insana bu sirr,
Elə bunun üçün deyirəm ki, mən,
Razılıq eyləyək taleyimizdən.
Çün bu arzularla yaşayırdı xan,
Duasını etdi məqbul, yaradan,
Bir yeni ay doğdu evində xanın,
Ay deyil, günəşi bütün cahanın.
Açıldı bağında atəşin bir gül,
Gül deyil, yox onu dərd şö'ləsi bil.
Tale üzük taxdı əlinə həmən,
Zinətini etdi odlu lə'ldən.
Yazıldı alnında eşqin sirləri,
Qazıldı qəlbində dərd tilsimləri.
Yox, ona lə'l deyil, deyiniz bari,
Gecəni nurladan parlaq mirvari
Mirvari deyildir, dünya yandıran
Qiymətli bir gövhər sanılsın o qan.
Sapı eşilmişdi tabi-vəfadan,
Qəlbi deşilmişdi hökm-qəzadən.
Gözündə göz yaşı selindən izlər,
Köksündə var idi ahlar, əninlər.
Alnında məhəbbət nuru yanardı,
Camalında vəfa damğası vardı.
Onu dərd əhlinə şah dedi fələk,
Qəm oduna tanış, söylədi mələk...
Eşq əhli içinə düşmüş idi cuş,
Doğulub-odlarda gəzdi Səyavuş,
Şadlıqdan quruldu böyük mə'rəkə,
Başladu bir-birin hamı təbrikə.
Ata da o dürrə tez nəzər qıldı,
Sədəf tək gülməkdən ağzı açıldı.
O qədər payladı o xalqa qaş-daş,
Dənizlər, mə'dənlər qaldı buna şaş.
Ölkə parlayırdı bəzək içində,
Bu sayaq keçirdi ayinlər Çində.
Sonra əmr verdi xalqa hökmdar:
«Varsa: Çin mülkündə nə qədər divar,
Adətimiz üzrə bəzənsin gərək,
Үstünə vurulsun naxışlı ipək.
İpək yox, zərxara, həm cazibədar,
Xəta naxışından olsun naxışlar».
Beləcə bəzəndi hər tərəf bütün
Çin bütxanəsinə bənzədildi Çin.
Yox sorğu-sualı xalq nə eyləsə,
Yaman demək olmaz kim hər nə desə.
Elə bir ziyafət qurdu ki, o xan,
Onun dövrünəcən fələklər inan,
Ömründə görməmiş belə səltənət,
Mən yüzdə birini yazmıram fəqət.
Geniş süfrələri göyə oxşardı.
Orda günəş boyda çörəklər vardı.
Şah eli qurtardı hər ehtiyacdan,
Үç il azad etdi xalqı xəracdan.
Kef çəkdi camaat durmadan bir an,
Kef, nəş'ə həddini aşmışdı yaman.
Nəş'ə doldururkən həmin diyarı.
Dincəldi məşəqqət karivanları.
Nəş'ələr çəkildi həddən ziyada,
Soyğunlar, talanlar düşmədi yada.
Ölkə üzündə yox qırışdan əsər,
Çöldə qırış varsa, o da ki, şəhər.
Badə məhv eylədi, qalmadı qayğu,
Qaranlıq kədəri yudu qızıl su.
Saqi, bir qədəhlə xatırla bizi
Kətir o məclisdən qismətimizi.
Məni, Çin əhli tək, meypərəst eylə
Çin piyaləsini doldur, məst eylə