Məzmuna keç

Fərhad və Şirin (Əlişir Nəvai)/Fərhadın eşqi

Vikimənbə saytından
Fərhad və Şirin (Əlişir Nəvai)/Fərhadın eşqi
Müəllif: Əlişir Nəvai
Mənbə:
  • Ə.A.Vahid, M.Dilvazi, Ə. Ziyaqay, M. Rahim, N. Rəfibəyli. Əlişir Nəvai, "Fərhad və Şirin" (PDF). səh.59–61.
  • Ə.A.Vahid, M.Dilvazi, Ə. Ziyaqay, M. Rahim, N. Rəfibəyli. Əlişir Nəvai. Seçilmiş əsərləri. Bakı: Əlişir Nəvai. 2004. səh.120–125.


Eşqi sirlərindən olan xəbərdar,.
Bu sirri bu yolla etdi aşikar:
Fərhad öz eşqini tutaraq nəhan,
Qəmsiz görünməyə çox atırdı can.
Lakin tüstü çıxa bilsə otaqdan,
Onun qorxusu yox, oddan ocaqdan.
Buxarı olmayan evlərdə mütləq,
Divarda bir yarıq açılsın gərək.
Axşam kizlətsə də günəşi göylər,.
Ulduzlar şəklində aşikar eylər.
Müşgünü gizlində tutsa da ahu,
Yayılar ətrafa yenə xoş qoxu.
Lalənin qönçosi açan yaz çağı,
Yayınarmı közdən qəlbinin dağı?!
Xeyir, o açılıb kələndə cana,
Köksündəki dağlar çıxar meydana.
Fərhad da istədi çör-çöplə barı
Kizlədə köksünu yaxan odları.
Lakin hər damla yaş, çəkdiyi hər ah,,
Xalqı qüssəsindəi edirdi akah.
Sevda atəşini söndürməz kamal,
Eşqi nəhan tutmaq mahaldır, mahal.
Kizlədo bilərmi günəşi zərrə?!
Bir dəniz sıqarmı bir damla içrə?
Fanusun içində yansa da bir şəm,
Görər şö'ləsini kənardan aləm.
Qanlı yaş köz içrə olarmı pünhan?
Al şərab şüşə də qalarmı pünhan?!
Gizlin saxladıqca Fərhad bu dərdi,
Qəlbində yan ğınlar tüğyan edərdi.
Az vaxtda eşq ona elə kar etdi
Ki, səbri tükəndi, taqəti bitdi.
hər kim görsə onu eylərdi küman
Ki, bu daş, mumlara dönmüş alovdan.
Bir ayda Fərhadı möhnət əritdi,
Köydəki ay kimi büküldü qəddi.
Bənzədi çöhrəsi sarı laləyə,
Göz yaşı lalədə olan jaləyə.
Lalə tək köksünə çəkilən dağlar
Hər fəğan çəkəndə oldu aşikar.
Bir sərvə bənzəyən uça qaməti
Əydi fələk kimi könül möhnəti.
Bu tənək barından haoil olan mey,
Qanlar uddururdu ona peyapey.
Çismi gündən-künə zəifləyirdi,
Qəddini yay kimi qəmlər əyirdi.
Əlilə ağzını yumsa da bərk-bərk,
Eedə bilməyirdi ahu-zarı tərk.
Mehkəm iradəsi vardı bir zaman
Deyildi cismi də belə natəvan,
Fəğan etməməyə cəhd eyləyərdi,
Çıxmazdı meydana qəlbinin dərdi.
Fəqət kvk atdıqca onda məhəbbət,
Artıq vücudunda qalmadı taqət.
Çünunluq duyulub təbiətində,
Məhəbbət sözildi hər söhbətində.
Könlündə qalmayıb səbri, qərarı,
Getdi əldən kücü, həm ixtiyarı.
Baxıb şahla vəzir ondakı hala,
Düşdülər təşvişə, dərdə, məlala.
Nəsihət etdilər, qılmadı tə'sir.
Tapa bşşədilər bu dərdə tədbir.
Kerdülər ki, əldən çıxacaq fürsət,
Bir çarə tapmağa eylədilər çəhd.
Şah yığıb başına əhli-kəmalı,
Söylədi onlara olan əhvalı.
Başlandı çox uzun bir müzakirə,
Əl atdı horəsi bir cür tədbirə.
Nəhayət ərz etdi arif olanlar
Ki:-«Ey yer üzündə adil hökmdar!
Bizçz oğlunuzun dərdi sevgidir,
O sevda yolunda əriyib kedir.
Çox idi cismində hərarət, həvəs
Üstəlik mey içib, oldu meypərəst.
Meynn atəşilə öz hərarəti,
Birləşib yaratdı bu şərarəti.
Bir də ki, səkkizə çatmamış yaşı,.
Düz on il təhsilə qarışdı başı.
Sonra da üç-dörd il öyrəndi sənət,
Bunun tə'siri də az deyil əlbət.
Үetəlik bu qədər səyahət etmək
Onda yorğunluğu artırmış, demək,.
Az deyil tə'siri təbiətində
Olan qızğınlığın, hərarətin də.
Hələ bu səbəblər qalsın bir yana.
O ki, qəsd edorək bir zaman cana,,
Tilsimlər açmağı eylədi adət,
Bu yolda nə qədər çəkdi əziyyət.
Cismindo yaralar açdı əjdaha; :
Divlərlə cənkini demirik daha.
Bunça atəşlərə düşən bir nəfər,
Təəccübmü olsa bir od, bir şərər\.
Bu qədər bəla ki, üz vermiş ona,
Məhəbbət atəşi baisdir buna.
Bu atəş içinda yanır məzacı,
Söndürməkdir onun yalnız əlacı.
Bukünkü qurtarır ilk bahar çağı,
Günəşddn od alır lalə yarpağı,
Əsir səmu.m iimi atəşli yellər,
Soməndər quşu tək çırpınır ellər,
Az sonra gunəşin hərarztindən,
Ulduzlar əriyib tökülüb hə.mən.
Düzlərdo sürulər istidən mələr,
İlanlar qıvrılıb sərinlik dilər.
Hava dağ üstundə atəş saçandır,
Qaynayan bulaqlar ondan nişandır,
Үfüqdok şofəq də çokilmir axşam,
Qızarmış ocaqdır sanki o göy çam.
Bir qızqın kürədir, bəlkə do, göylər,
Günəş bu kürəyə od nisar eylər.
Kvmürü gecədir, körüyu ruzkar,
Qığılcımlarıdır sanki ulduzlar.
hər yana baş vuran çaylar su deyil,
Yer üzu istidəi tər axıdır, bil.
Bu quraq havalar, yaman istilər
Yəqin ki, Fərhada eyləmiş əsər.
Lakin etmək üçün dərdinə əlac
Sərin bir məkaia vardır öhtiyac.
Dənizlə bvş, kü,nlük'yolda bir yer var,
Ora göndərilsə oğlun sağalar.
Bir gözəl adadır, ətrafı dəniz, ;
Vəsf etməyə ağıllar açiz.
Həmin cəzirədə bir uca dağ var,
Onun dörd yanından axır bulaqlar.
O şəffaf çeşmələr, o xoş mənzərə,
Səma dəryasında bənzər ülkərə.
Yumşaqdır havası o sahillərin,
Dağın da iqlimi keçir çox sərin.
"O böyük təpədə bir sərinlik var
Ki, buzla ertülür axan bulaqlar.
Şahzadə o yerə səfər eyləsə,
Qalmaz ürəyində nə qəm, nə qüssə.
Tavansız dimağı gələr qüvvətə,
Mübarək vücudu çatar səhhətə.
hava tə^sirindən qorxmayan zaman,
Əlaçını etmək olar çox asan».
hər nə eşitdisə şah təbiblərdən,
Tamam qəbul edib söylədi: «Əhsən!»
Sonra Mülk-araya tutub üzünü
Dedi:-«Təbiblərin eşit sözünü!
Neçə gün dənizlə səyahət üçün
Hər nə lazımdırsa hazırlat bu gün!»
Bu uca fərmanı eşidər vəzir,
Lazım olanları sazladı bir-bir.
Tədarük bitincz, əmr eylədi şah,
Gedib şahzadəni etsinlər akah.
Dərya üzərində olacaq səfər.
Cavan şahzadəyə verildi xzbər.
Bilincə əhvalı kədərli Fərhad,
Sevinib xəbərdən qəlbi oldu şad,
Dedi:-«Şaha məndən yetirin salam,
Onun məramıdır məndəki məram.
Çıxa bilərmiyəm ata sözündən
Bütün qulları tək bir quluyam mən.
hər nə əmr eyləsə uca hekmdar,
Sözündən çıxmağa qüdrətimmi var?»
Şaha yetirdilər həmin sözləri,
Fərəhdən yaşardı onun gözləri,
Dedi:-«hazırlansın kəmilər bu gün,
Sofər tədarükü yüklənsin bütün
Ki, çıxaq biz yola sökülməmiş dan
Könül istəyəni etməli insan!»
Xəbərdar olunca bundan şahzadə
Oldu sevincləri min qat ziyadə.
Çünki səyahətə çox idi meyli,
Bu səfər qəlbiiə oldu təsəlli.
Bəlkə səhayətdə işlədib hiylə
Tapar bir bəhanə, ya bir vəsilə,
Çıxarar xaqanı qara şübhədən,
Eylər bir müddət də qurbəti məskən.
Bu iş məqsədinə gəlirdi uyğun.
Odur ki, xatiri şad oldu onun.
Könlundo sevincdəi coşdu bir dənnç,
Ancaq bir Gəmi tək dayandı səssiz.
Aşıb daşmadaydı sonsuz xəyalı,
Ardı kəsilməyon dalqa misalı.
Saqi, al şərabı axıt dərya tək,
Onun pnyaləsi qayıqdan gərək!
Üzüldu varlığım qəm dəryasında,
Həmin qayıqla sən tez yetiş dada!