Fəryad ki, fəryadıma imdad edəcək yox

Vikimənbə saytından
Fəryad ki, fəryadıma imdad edəcək yox
Müəllif: Nigar Xanım bint Osman
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Feryad ki, fəryadıma imdad edəcək yox,
Əfsus ki, qəmdən məni azad edəcək yox.

Təsiri məhəbbətlə yıxılmış gözəl, amma
Viranə dili bir daha abad edəcək yox.

Kes varsa əlaqən mənə ey taleyi-dunum
Sən var ikən aləmdə məni yad edəcək yox.

Haqq ilə bilir zar könül haləti-eşqi
Mahirdir o fəndə, onu ustad edəcək yox.

Yarəb, ne üçün zari-Nigari bu cahanda
Naşad edəcək çoxsa da, bir şad edəcək yox?...