Fani dünya, fani dünya
Fani dünya, fani dünya Müəllif: Qayibnəzər Qayibi |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Yenə könlüm qara qıldın, fani dünya, fani dünya,
Ürəyimi yara qıldın, fani dünya, fani dünya.
Şərmisarəm günahımdan, çıxar dud odlu ahımdan,
Ayırdın qüwətli şahımdan, fani dünya, fani dünya.
Neçələr canm alıbsan, qara torpağa salıbsan,
Onlardan boylə gəlirsən, fani dünya, fani dünya.
Sənin əsla qərann yox, qərar ilə duranın yox,
Yalançı, etibann yox, fani dünya, fani dünya.
Neçələri turab etdin, neçələrə azar etdin,
Abadlan xərab etdin, fani dünya, fani dünya.
Cəfa canlara bağlarsan, fəraq odunda dağlarsan,
Qara torpağa çağlarsan, fani dünya, fani dünya.
Kişiyə bir zaman həmra olub, şad eyləməzsən gah,
Nə möhnətxanasan boylə, fani dünya, fani dünya.
Gahi sultan, divan deməz, olub burda güvən deməz
Alır pirü cavan deməz fani dünya, fani dünya..
Neçələri cüda qıldın, zülüm ilə əda qıldm,
Alıb malın gəda qıldın, fani dünya, fani dünya.
Cahana Qayibi doymaz, onu dərdi qəmin qoymaz,
Vəfasız şövqünə uymaz, fani dünya, fani dünya.