Fikir barışır ey Nəfs, varmı sözün gələcəyə?
Fikir barışır ey Nəfs, varmı sözün gələcəyə? (1997) Müəllif: RAUF CAVAD |
Yaranıb Xəyal-keçmiş, baxmaq üçün gələcəyə!
Qurur Ümid Xəyal, kim gedəcək çün gələcəyə!
Yaşayır Ümid Sevgi ilə, min cür Arzu ilə
Fikir cəmlənir, gedir-baxır, bu gün gələcəyə!
Bəsləyir Vüsal Könüldə min dilək, min cür istək,
Eşq-Məhəbbət cuşə gəlir, şən-gülün gələcəyə!
Sevinc yaradır məqsəd, qanadlı əhval-Ruhiyə!
Fikir toplanır hədəfə, sürünün gələcəyə!
Görür gözlər Gözəli, bəzəyib güllər Gözəli,
Sevir Zaman gümanı, gəlin-görün gələcəyə!
Nədir baxır gizlin çırpınaraq yaxın uzağa?!
Fikir dolur qəlbə, gedin-bürünün gələcəyə!
Yaxşı baxış göz edir ağ-qara, bəbəyin rəngi,
Gözəl əməl şux dayanar, düzülün gələcəyə!
Uca əqlim Nur surəti, Gün-ay, il-qar bənzəri,
Fikir daşır, tökülür suya, üzün gələcəyə!
Sevgi Həsrətlə başlar, söz dil-qəmdə, Yar ürəkdə,
Ümid dayaq durar, bir qədər dözün gələcəyə!
Rauf Xəyal, Yardır, güc-qüvvət ver, Heyran İstəyə,
Fikir barışır ey Nəfs, varmı sözün gələcəyə?!